Rusiyanın Volqoqrad şəhərində polis öz yeni doğulmuş körpəsini satan Özbəkistanın iki vətəndaşını həbs edib.
Lent.az-ın “AzadlıqRadiosu”-una istinadən məlumatına görə, 29 yaşlı qadın və onun 21 yaşlı əri öz qızını 400 min rubla, yəni təxminən 11 min 500 dollara satan zaman tutulublar.
Mənbə xatırladıb ki, apreldə Moskvada yenə Özbəkistandan olan qadın və kişi həbs edilmişdi. Onlar 18 aylıq öz körpələrini bir milyon rubla, yəni təxminən 28 min dollar satmaq istəyirmiş.
Bu ilin fevralında isə Sankt - Peterburqda 2 özbək qadın həbs olunub. Onlar yeni doğulmuş uşağı 80 min rubla, yəni təxminən 2300 dollara satanda ttulub.