Kopenhagendə növbəti hücum: sinaqoq gülləbaran edildi, 3 nəfər yaralandı
15 fevral 2015 06:25 (UTC +04:00)

Kopenhagendə növbəti hücum: sinaqoq gülləbaran edildi, 3 nəfər yaralandı

Danimarkanın paytaxtı Kopenhagendə növbəti silahlı insident baş verib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, silahlı şəxslərin sinaqoqu atəşə tutması nəticəsində ikisi polis əməkdaşı olmaqla  3 nəfər yaralanıb.  

 

Məlumata görə, yaralananlardan biri başından güllə yarası alıb. Polis əməkdaşlarından biri qolundan, digəri isə ayağından yaralanıb.  

 

Polis hələlik sinaqoqa silahlı hücum və ötən axşam kafedə baş vermiş atışma arasında əlaqənin olması barədə heç bir açıqlama verməyib. Məlumata görə, kafeyə hücum edən şəxs hələ də saxlanılmayıb.

 

Qeyd edək ki, ötən gün axşam saatlarında Danimarkanın paytaxtı Kopenhagendə kafedə atışma zamanı 1 nəfər ölüb, 3 nəfər yaralanıb.

 

APA-nın “BBC”-yə istinadən verdiyi xəbərə görə, hücum baş verən an kafedə din və söz azadlığı mövzusunda tədbir  keçirilib. Yaralananların polis əməkdaşları olduğu bildirilir. Silahlılar kafeni gülləbaran etdikdən sonra hadisə yerini avtomobildə tərk ediblər.

 

Qeyd edək ki, tədbirdə Məhəmməd peyğəmbərin karikaturalarının  müəllifi İsveç rəssamı  Lars Vilks və Fransanın Danimarkadakı səfiri də iştirak edib. Hücum nəticəsində onlar xəsarət almayıb.    

 

Polisin məlumatına görə, hücum zamanı silahlılar kafeyə 40-dan çox atəş açıblar.

 

Polis hücumu terror aktı adlandırıb. İlkin versiyaya görə, hücum rəssam  Lars Vilksə sui-qəsd törətmək məqsədi ilə həyata keçirilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 132
avatar

Oxşar yazılar