Köpək balığı yapon idmançını parçaladı
10 fevral 2015 10:38 (UTC +04:00)

Köpək balığı yapon idmançını parçaladı

Fevralın 9-da Avstraliyanın şərq sahilləri yaxınlığında köpək balığı yapon sörfçünü öldürüb. Lent.az-ın AzərTAc-a istinadən məlumatına görə, hadisə Yeni Cənubi Uels ştatının Sidney şəhərindən 500 kilometr şimalda yerləşən məşhur Ballina çimərliyində baş verib. Dostları ilə birlikdə sörfinqlə məşğul olan 35 yaşlı yapon gözlənilmədən köpək balığının hücumuna məruz qalıb. Çimərlikdəkilərin ilk yardım göstərmək cəhdlərinə baxmayaraq, sörfçünün həyatını xilas etmək mümkün olmayıb.

Baş vermiş faciədən sonra polis hadisə yerindən 15 kilometr məsafədə çimərlik boyunca üzməyi qadağan edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 191
avatar

Oxşar yazılar