Konqoda təyyarə dağa çırpıldı
30 dekabr 2014 04:30 (UTC +04:00)

Konqoda təyyarə dağa çırpıldı

0

Konqo Demokratik Respublikasının şərqində təyyarə qəzaya uğrayıb.

 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, Uqandadan Konqonun Puent Nuar şəhərinə uçan təyyarənin dağa çırpıldığı bildirilir.

 

Təyyarənin göyərtəsində nə qədər sərnişinin olduğu hələ ki, dəqiq bilinmir. “Bildiyimiz yalnız odur ki, təyyarədə 6 ekipaj üzvü olub”, deyə yerli hökumət nümayəndəsi bildirib.

 

Hazırda ölənlərin sayı dəqiqləşdirilir, həmçinin, qəzanın səbəbləri müəyyənləşdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 256

Oxşar yazılar