Kömür mədənində qəza: 5 ölü
31 yanvar 2015 07:10 (UTC +04:00)

Kömür mədənində qəza: 5 ölü

0

Çinin Suçjou (Anhoy əlaləti) şəhəri yaxınlığındakı kömür mədənində baş vermiş qəza nəticəsində azı 5 nəfər ölüb, daha 2 nəfərin taleyi naməlum olaraq qalır.

 

APA-nın “Sinxua” agentliyinə istinadən verdiyi məlumata görə, kömür mədənini qəflətən su basıb.

 

Qeyd olunur ki, 34 nəfər yerin altında köməksiz vəziyyətdə qalıb. Onlardan 27-si yerin üstünə çıxmağa nail olub.

 

Faciə baş verdiyi yerə xilasedicilər cəlb olunub. Hadisənin baş vermə səbəbləri araşdırılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 400

Oxşar yazılar