Kolumbiyanın şimal-qərbindəki Antokiya departamentində baş verən torpaq sürüşməsi nəticəsində azı 40 nəfər ölüb.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, davam edən intensiv yağışlar nəticəsində baş vermiş torpaq sürüşməsinə Santa Marqarita kəndi məruz qalıb.
Təbii fəlakət zamanı bir çox ev uçub. Hadisə yerinə xilasedicilər cəlb olunub. Hələlik təbii fəlakətin miqyası tam müəyyənləşməyib.