Kolumbiyada kiçik mühərrikli təyyarənin qəzaya uğraması nəticəsində 7 nəfər ölüb. APA-nın “RİA Novosti”-yə istinadən verdiyi xəbərə görə, Cessna tipli təyyarə Santander departamentində qəzaya uğrayıb. Qəza nəticəsində təyyarənin göyərtəsində olan 6 sərnişin və 1 pilot ölüb. Malaqa şəhərinə istiqamət alan təyyarənin Bukaramanqa şəhərindən havaya qaldığı və bir müddət sonra radarlardan yoxa çıxdığı bildirilir.
Rəsmi qurumların məlumatına görə, qəzadan əvvəl dispetçerə mühərrikdə problem yarandığını bildirən pilot, Bukaramanqa aeroportuna qayıtmağa cəhd edib, lakin təyyarə müəyyən məsafə qət etdikdən sonra yerə çırpılıb.