Kolumbiyada 11 nəfəri ildırım vurub öldürdü
07 oktyabr 2014 01:48 (UTC +04:00)

Kolumbiyada 11 nəfəri ildırım vurub öldürdü

0

Kolumbiyanın şimalında ildırım 11 nəfəri vuraraq öldürüb, 15 nəfər xəsarət alıb.

 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, içərisində 60 nəfər hindinin olduğu tikiliyə ildırım düşüb.

 

Xəsarət alanların 6-nın vəziyyəti ağır kimi qiymətləndirilir. Hindi icmasının uzaq ərazidə məskunlaşması  xilasetmə işlərini çətinləşdirir. Evakuasiya helikopterlər vasitəsi ilə həyata keçirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1109

Oxşar yazılar