Kolumbiya üsyançıları irimiqyaslı hücumlara hazırlaşır
23 may 2015 21:51 (UTC +04:00)

Kolumbiya üsyançıları irimiqyaslı hücumlara hazırlaşır

Kolumbiyanın inqilabçı silahlı qüvvələrinin (KİSQ) üsyançıları atəşkəs rejiminin ləğvindən sonra eyni vaxtda ölkənin 10 departamentində hökumət qoşunlarının mövqelərinə iri miqyaslı hücumlara başlaya bilər.

 

AZƏRTAC RİA Novosti informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə Kolumbiyanın insan haqlarının qorunmasına məsul olan nazirliyi məlumat yayıb.

 

Hökumət qüvvələrinin üsyançıların Kauka departamentində yerləşən mövqelərinə endirdiyi zərbələr nəticəsində 26 üsyançının ölümü ilə əlaqədar ölkədə vəziyyət gərginləşib. Bundan sonra KİSQ 2014-cü ilin sonlarında imzalanan atəşkəs rejimindən çıxdığı barədə bəyanat yayıb. Atəşkəs rejiminə baxmayaraq, üsyançılar aprel ayında Kauka vilayətində hərbçilərə hücum edərək 11əsgəri qətlə yetirmiş, 20-yə yaxınını isə yaralamışdılar.

 

Kolumbiyanın inqilabçı silahlı qüvvələri 1964-cü ildə sosial ədalət və bərabərlik cəmiyyəti - “Yeni Kolumbiya”nın yaradılması uğrunda mübarizə adı ilə yerli kommunist partiyasının hərbi qanadı kimi yaradılıb. Narkomafiya ilə əlaqələri olduğu iddia edilən KİSQ ABŞ və Avropa ölkələri tərəfindən terror təşkilatı kimi tanınıb. Qruplaşmanın tərkibində təxminən 20 min döyüşçünün olduğu bildirilir.

 

Kolumbiya Müdafiə Nazirliyinin məlumatına görə, üsyançılarla əldə olunmuş atəşkəs dövründə hökumət qüvvələrinin itkisi 47 faizə qədər azalmışdı.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 130
avatar

Oxşar yazılar