Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı Ukraynada baş verən hadisələrə görə NATO ilə əlaqələri dayandırır.
APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Nikolay Bordyuja bu gün Moskvada keçirdiyi mətbuat konfransında bəyan edib.
Onun sözlərinə görə, KTMT NATO-nun Ukrayna böhranı müddətində tutduğu mövqeyə görə təşkilatla əlaqələrini dayandırır: “Hələlik NATO ilə əlaqələri dayandırırıq. NATO Rusiyanı və onun müttəfiqlərini şantaj edir. Şimali Atlantika Alyansı bu gün bütün cəbhələrdə KTMT üzvlərinə qarşı şantajla məşğuldur”.