Koalisiya qüvvələri bombaladı, 40 İŞİD-çi məhv edildi
06 dekabr 2014 18:43 (UTC +04:00)

Koalisiya qüvvələri bombaladı, 40 İŞİD-çi məhv edildi

0

Koalisiya qüvvələri İŞİD-in İraqın Ramadi şəhərindəki mövqelərini bombalayıb. Lent.az-ın Türkiyə mediasına istinadən verdiyi xəbərə görə, koalisiya qüvvələri Ramadi şəhərinin şərqindəki Əs-Səcariyə və qərbindəki Hay ər-Rəşid, Əl-Ubeydi və Əl-Kaim bölgələrindəki İŞİD qüvvələrinə havadan zərbələr endirib.

 

Bombardman nəticəsində 40 İŞİD döyüşçüsü öldürülüb. Bundan başqa dünən İŞİD döyüşçüləri Hit qəsəbəsində 3 hökumət nümayəndəsini edam edib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 540

Oxşar yazılar