Beynəlxalq koalisiya İŞİD terror qruplaşması ilə mübarizəni aktivləşdirəcək. APA-nın “RİA Novosti”-yə istinadən verdiyi xəbərə görə, bu sözləri Böyük Britaniyanın baş naziri Devid Kemron iordaniyalı pilotun terrorçular tərəfindən edam olunmasını şərh edərkən deyib.
“Terrorçuların bu əməli bizim qətiyyətliliyimizi daha artıracaq. Biz iordaniyalı dostlarımızla həmrəyik, İŞİD üzərində qələbə çalmaq üçün biz onlarla və koalisiyadakı digər tərəfdaşlarımızla birgə işimizi davam etdirəcəyik. Birlikdə irəliləyişə nail olacağıq. Ekstremistlər və onların ideologiyası məhv edilməyincə dayanmayacağıq”, deyə baş nazirin yazılı bəyanatında bildirib.