ABŞ-ın rəhbərlik etdiyi koalisiya bir ay ərzində İraqda terrorçuların 10 liderini məhv edib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Pentaqonun rəsmi nümayəndəsi polkovnik Stiven Uorren bildirib.
Stiven Uorrenin sözlərinə görə, dekabrın 26-da Mosulda aviazərbələr nəticəsində Parisdəki terror aktları ilə əlaqəsi olan terrorçu Əbdül Kader Hakim məhv edilib.
Onun sözlərinə görə, Parisdəki terror aktları ilə əlaqəsi olan daha bir neçə silahlı məhv edilib: “Digər terrorçular Qərb ölkələrinə əlavə hücumlar törətməyi planlaşdırıblar”.
Pentaqonun rəsmi nümayəndəsi işin hələ bitməsini etiraf edib: “Biz hələ ki ilanın başını əzməmişik, bizi hələ çox işlər gözləyir”.