Klubun tualetində yatan nazir müavini işdən qovuldu
15 iyul 2015 03:16 (UTC +04:00)

Klubun tualetində yatan nazir müavini işdən qovuldu

Bolqarıstanın turizm nazirinin müavini Nadya Marinova vəzifəsindən uzaqlaşdırılıb.

 

“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, bu haqda Bolqarıstanın baş naziri Boyko Borisov açıqlama verib.

 

İçkili halda gecə klubunun tualetində yatan Marinova “yüksək vəzifəli dövlət məmuruna yaraşmayan davranış” sərgiləməkdə ittiham olunub.

 

Qeyd edək ki, nazir müavini Sofiyanın məşhur klublarının birində xeyli spirtli içki qəbul edib. Dostları ilə əylənən Marinova klubun tualetində yuxuya gedib.

 

Hadisə klubun müştərilərindən mətbuata ötürdüyü fotoşəkillərlə ortaya çıxıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 277
avatar

Oxşar yazılar