Ukraynanın ağır çəkili boksçusu, dördqat dünya çempionu, “UDAR” Partiyasının lideri Vitali Kliçkonun qardaşı Vladimir Kliçko ölkəsində baş verən olaylarla bağlı amerikalı aktrisa Heyden Panetteri ilə toyunu təxirə salıb.
Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, 38 yaşlı Vladimir Kliçko hazırda Almaniyada yaşayır və qardaşı ilə sıx əlaqə saxlayır.
24 yaşlı Heyden Panetteri Vladimir Kliçko ilə ötən ilin oktyabrında nişanlanıb. O, Ukraynada baş verən hadisələrlə əlaqədar olaraq, toyun qeyri-müəyyən müddətə təxirə salındığını etiraf edib.
Cütlük 2009-cu ildən görüşməyə başlayıb. Ancaq bir il sonra onlar ayrılıb. 2013-cü ildə onlar yenidən münasibətlərini bərpa edib.
Heyden Panetteri “ABC” telekanalında yayımlanan “Neşvill” serialında oynadığı baş roldan sonra məşhurlaşıb.