“UDAR” Partiyasının lideri Vitali Kliçko Kiyev şəhər merliyi seçkisində qalib gəlib.
Lent.az-ın “BBC”-yə istinadən məlumatına görə, şəhər seçki komissiyası bununla bağlı rəsmi açıqlama verib.
Məlumata əsasən, Kliçko səslərin 56,7 faizini toplayıb. İkinci yeri deputat Les Orobets, üçüncünü isə Kiyevin hazırkı başçısı Vladimir Bonbarenko tutub.