Kiyev şəhər merliyinə seçkidə “UDAR” Partiyasının lideri Vitali Kliçko 56,45 faiz səs toplayaraq irəlidədir.
Lent.az-ın “RİA Novosti”-yə istinadən məlumatına görə, o biri iddiaçılar Olesya Orobets 8,47 faiz, Ukrayna paytaxtının indiki başçısı Vladimir Bondarenko isə 7,89 faiz səs toplayıb.
Mənbə bildirib ki, Kiyev ərazi seçki komissiyası səsvermə bülletenlərinin 90 faizə yaxınını sayıb.
Kliçkonun partiyası şəhər şurasına seçkidə də irəlidədir. 1082 məntəqənin 800-dən çoxunda səslər sayılıb. “UDAR” səslərin 39,48 faizini, Oleq Lyaşkonun Radikal Partiyası 9,07 faizini, “Samopomoş” birliyi isə 6,8 faizini toplayıb.
Xatırladaq ki, Kiyev merliyi və şəhər şurasına seçkilər mayın 25-də, bazar günü prezident seçkisi ilə eyni gündə keçirilib.