Kiyevdə terror aktlarının qarşısı alınıb
04 sentyabr 2015 01:35 (UTC +04:00)

Kiyevdə terror aktlarının qarşısı alınıb

Kiyev məhkəməsi  şəhərdə terror aktı törətməkdə şübhəli bilinən 4 şəxs barədə həbs qətimkan tədbiri seçib. APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə,  bu barədə Ukrayna Təhlükəsizlik Xidmətinin mətbuat katibi Yelena Qitlyandskaya bildirib.  

 

Onun sözlərinə görə, şübhəli şəxslər yerli əhali arasında təşviş və çaxnaşma yaratmaq  məqsədilə paytaxt Kiyevdə bir neçə terror aktı törətməyi planlaşdırıblar.  

 

Qeyd edək ki, bundan əvvəl Kiyevdə “Pravıy Sektor” milliyyətçi hərəkatının ofisində partlayış baş verib.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 328
avatar

Oxşar yazılar