Kiyevdə “Moskva virtuozları” boykot edilib
31 may 2014 07:11 (UTC +04:00)

Kiyevdə “Moskva virtuozları” boykot edilib

Mayın 30-da bir neçə yüz nəfər Kiyevdə Ukrayna Milli Opera Teatrının binası qarşısında piket keçirib. Lent.az-ın “Unian.net”-ə istinadən məlumatına görə, onlar Rusiya dirijoru və skripkaçısı Vladimir Spivakovun başçılığı altında “Moskva virtuozları” orkestrinin konsertinin ləğvini tələb ediblər.

 

Etiraz aksiyasının iştirakçıları Krımın işğalı ilə bağlı Rusiya prezidenti Vladimir Putinə dəstək məktubunu imzalayanlardan birinin Kiyevdə  konsert verməsindən hiddətləniblər. Etirazçılar Ukrayna Milli Operası rəhbərliyinin də işdən çıxarılmasını tələb ediblər.

 

Bu konsert iyunu 19-a təyin olunub.

 

Xatırladaq ki, Rusiya Krımı işğal etdikdən sonra Rusiyanın bir qrup incəsənət və mədəniyyət xadimi Vladimir Putinə dəstək məktubu ünvanlamışdı. Onların arasında Vladimir Spivakovun da adı var.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 602

Oxşar yazılar

Yeni Roma Papası əslən Türkiyənin Kayseri vilayətindəndir - MARAQLI İDDİA

Yeni Roma Papası əslən Türkiyənin Kayseri vilayətindəndir - MARAQLI İDDİA

13 may 2025 , 01:41
PKK  özünü buraxdı

PKK özünü buraxdı

12 may 2025 , 10:10
Hindistan yenə Ermənistana "Akash" göndərir

Hindistan yenə Ermənistana "Akash" göndərir

11 may 2025 , 23:11
Bu ölkədə  şahmat qadağan edildi

Bu ölkədə şahmat qadağan edildi

11 may 2025 , 19:23
Roma Papası XIV Lev

Yeni Roma Papasından ilk ÇAĞIRIŞ

11 may 2025 , 16:14
Donald Tramp, ABŞ Prezidenti

Trampdan yeni sürpriz

11 may 2025 , 11:12
Pakistanın hava məkanı bağlandı

Pakistanın hava məkanı bağlandı

11 may 2025 , 05:07
Turistləri aldatmaq istəyən Yamal özünü başqa adla  təqdim etdi

Turistləri aldatmaq istəyən Yamal özünü başqa adla təqdim etdi

11 may 2025 , 04:36