Ukrayna ordusu texnikanı geri çəkməyə başladı
04 oktyabr 2015 06:54 (UTC +04:00)

Ukrayna ordusu texnikanı geri çəkməyə başladı

0

Ukrayna Silahlı Qüvvələri texnika və 100 mm-dən az kalibrli silahların təmas xəttindən geri  çəkilməsi prosesinə başlayıb. APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə antiterror əməliyyatın mətbuat mərkəzi məlumat yayıb.

 

“Ukrayna hərbçiləri ATƏT missiyasının nümayəndələri ilə təmas xəttindən azı 15 km geri çəkiləcək silahların siyahısını tərtib etməyə başlayıb”, deyə məlumatda bildirilir.  

 

Silahların geri çəkilməsi 41 sutka davam edəcək. Söhbət tək 100 mm-dən az kalibrli silahlardan deyil, həmçinin tanklar və minaatanlardan da gedir.

 

Silah və texnikanın geri çəkilməsi Minsk sazişləri ilə razılaşdırılmış müddət ərzində mərhələləri şəkildə beynəlxalq müşahidəçilərin tam nəzarəti və atəşkəs rejiminə riayət olunması şəraitində həyata keçiriləcək.   

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 275

Oxşar yazılar