Nigeriyada motosikletçi terrorçuların hücumu 11 nəfərin ölümünə səbəb oldu
17 fevral 2015 21:07 (UTC +04:00)

Nigeriyada motosikletçi terrorçuların hücumu 11 nəfərin ölümünə səbəb oldu

Nigeriyada Viu şəhəri yaxınlığında yerləşən nəzarət-buraxılış məntəqəsində törədilmiş partlayış nəticəsində 11 nəfər ölüb. APA-nın “Frans Pres”ə istinadən verdiyi xəbərə görə, hücum motosikletlə hərəkətdə olan  3 silahlı tərəfindən törədilib. Ölənlər arasında bir uşağın olduğu bildirilir.  

 

Polisin məlumatına görə, daha bir neçə partlayış Nigeriyanın cənubundakı Okrika şəhərində müxalifətin təşkil etdiyi mitinq zamanı törədilib. Partlayışlar zamanı ölənlərin sayı barədə hələlik məlumat yoxdur. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 173
avatar

Oxşar yazılar