Kiyevin Peçora rayon məhkəməsi Ukrayna Baş Prokurorluğuna Maydanda etirazçıları güllələməkdə şübhəli bilinən “Berkut” xüsusi təyinatlı dəstəsinin sabiq komandiri Dmitri Sadovnikin saxlanılmasına icazə verib. APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə Ukrayna Baş Prokurorluğunun mətbuat xidməti məlumat yayıb.
Bundan əvvəl Ukrayna DİN rəhbəri Arsen Avakovun müşaviri Anton Qeraşenko Dmitri Sadovnik barəsində axtarış elan olunduğunu bildirib.
Qeyd edək ki, “Berkut” xüsusi təyinatlı dəstəsinin sabiq komandiri Maydanda 39 etirazçının güllələnməsində şübhəli bilinir.