Donetsk və Luqansk vilayətlərindəki hadisələrin iştirakçılarının amnistiya olunması haqqında qanun “Müxalifət bloku” fraksiyası tərəfindən Ukrayna Ali Radasına təqdim olunub.
APA-nın “BBC”-yə istinadən verdiyi xəbərə görə, amnistiya haqqında qanunun qəbul olunmasına dair öhdəlik Ukrayna, Rusiya, Almaniya və Fransa liderlərinin qəbul etdiyi Minsk sazişinin 5 bəndində öz əksini tapıb.
Analoji sənəd, yəni silahlı qruplaşma üzvlərinin cinayət məsuliyyətindən azad olunmasını nəzərdə tutan sənəd Ali Radada 2014-ci ilin sentyabrın 16-da qəbul olunub. Lakin prezident Pyotr Poroşenko sənədi o zaman imzalamamışdı.