Kiyev: “Türkiyə beynəlxalq normalara uyğun addım atdı”
04 dekabr 2015 03:34 (UTC +04:00)

Kiyev: “Türkiyə beynəlxalq normalara uyğun addım atdı”

Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksandr Turçinov bildirib ki, Türkiyənin Rusiyanın “SU-24” təyyarəsi ilə bağlı hadisədə atdığı addım peşəkar və bütün beynəlxalq normalara uyğun olub. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu sözləri Turçinov Ukraynanın “5-ci kanal” telekanalına müsahibəsində deyib.  

 

Aleksandr Turçinov qeyd edib ki, Ukraynanın hava məkanı döyüş təyyarələri tərəfindən pozulacağı təqdirdə ukraynalı hərbçilər eyni addımı atacaqlar. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 203
avatar

Oxşar yazılar