Moldovanın paytaxtı Kişinyov şəhərinin mərkəzində baş vermiş parlayış nəticəsində uşaqlar da daxil olmaqla 20 nəfər xəsarət alıb, yaralananların hamısı xəstəxanalara yerləşdirilib. APA-nın “RİA Novosti”-yə istinadən verdiyi xəbərə görə, partlayış Kişinyovun mərkəzi bazarında yerləşən yeməkxanaların birində baş verib. Partlayışın qaz balonu ilə ehtiyatsız davranma səbəbindən baş verdiyi ehtimal olunur.
Hadisə yerinə 9 təcili yardım briqadası cəlb olunub.