Kişinyovda hökumət əleyhinə nümayiş başlayıb
13 sentyabr 2015 16:25 (UTC +04:00)

Kişinyovda hökumət əleyhinə nümayiş başlayıb

Moldovanın paytaxtı Kişinyovda hökumət əleyhinə nümayiş başlayıb.

 

APA-nın RİA “Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, “Demnitate si adevar” - DA (“Ləyaqət və hüquq”) vətəndaş platformasının təşkilatçılığı ilə keçirilən aksiyada Moldova rəhbərliyinin istefası tələb olunur.

 

Etirazçıların tələbləri sırasında prezident, baş prokuror, Milli Bankın sədri də daxil olmaqla ölkə rəhbərliyinin istefası, parlamentə seçkilərin keçirilməsi və dövlət başçısının ümumxalq səsverməsi ilə seçilməsi var.

 

“Bu gün biz hakimiyyətə təzyiqi artırmaq niyyətindəyik. Aksiyaya ölkənin bütün regionlarından vətəndaşlar qatılıb. Tələblərimiz yerinə yetirilənə qədər aksiyalara davam edəcəyik”, – deyə DA vətəndaş platformasının fəalı Andrey Nestase bildirib.  

 

DA platformasında müxtəlif siyasi görüşləri bölüşən bir neçə ictimai təşkilat, siyasətçilər, ictimai xadimlər birləşib. Onların arasında Moldovanın Rumıniya ilə birləşməsinin tərəfdarları da var.  

 

Platforma üzvləri bəyan edirlər ki, ölkə hakimiyyəti oliqarx dairələrin təsiri altındadır və avrointeqrasiya prosesini imitasiya edirlər.

 

Qeyd edək ki, etirazlar ötən həftə başlayıb, hər gün Kişinyovun mərkəzi küçələrində mitinqlər keçirilib, hökumət evi qarşısında çadırlar qurulub.

 

Prezident sentyabrın 8-də mitinq iştirakçılarının istefa tələbini rədd edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 210
avatar

Oxşar yazılar

Dron uçuran turist 12 min dollar cərimələndi

Dron uçuran turist 12 min dollar cərimələndi

27 iyul 2024 , 00:09
Dünyanın ən hündür  tuneli tikiləcək

Dünyanın ən hündür tuneli tikiləcək

26 iyul 2024 , 17:36
Fırıldaqçılar Sezen Aksuya 11 mindən çox pul "atdılar"

Fırıldaqçılar Sezen Aksuya 11 mindən çox pul "atdılar"

25 iyul 2024 , 22:47
Həkim yeni doğulan körpəni oğurladı

Həkim yeni doğulan körpəni oğurladı

25 iyul 2024 , 18:54
ABŞ-da bir kişini 100 ildir axtarırlar

ABŞ-da bir kişini 100 ildir axtarırlar

25 iyul 2024 , 16:31
Şagirdi ilə yatan  müəllim işdən qovuldu

Şagirdi ilə yatan müəllim işdən qovuldu

25 iyul 2024 , 13:42
Türkiyədə İŞİD-ə qarşı böyük ƏMƏLİYYAT:  72 nəfər tutuldu

Türkiyədə İŞİD-ə qarşı böyük ƏMƏLİYYAT: 72 nəfər tutuldu

25 iyul 2024 , 09:40
Rusiyada Mi-28 helikopteri  qəzaya uğradı -YENİLƏNİB

Rusiyada Mi-28 helikopteri qəzaya uğradı-YENİLƏNİB

25 iyul 2024 , 08:35