Kişinyovda etirazçılar prezidentin istefasını tələb edirlər
08 sentyabr 2015 02:35 (UTC +04:00)

Kişinyovda etirazçılar prezidentin istefasını tələb edirlər

Moldovanın paytaxtı Kişinyovda 3 minədək insan etiraz aksiyası keçirir.

 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, paytaxta əyalətdən gələn etirazçıların sayı artıb.

 

Sentyabrın 7-də səhər saatlarında Kişinyovun mərkəzində 60 çadır quraşdırılmışdı. Hazırda çadırların sayı 150-yə çatıb.

 

Etirazçılar prezident və baş prokurorun istefasını,  həmçinin, ölkədə növbədənkənar parlament seçkilərinin keçirilməsini tələb edirlər.

 

Qeyd edək ki, sentyabrın 6-da Kişinyovda etirazçılar və polis arasında baş vermiş toqquşmalar  nəticəsində 6 asayiş keşikçisi xəsarət alıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 192
avatar

Oxşar yazılar