Kirmanşahda oruc şallağı: 5 nəfərə 80 zərbə vurulub
23 iyul 2014 04:34 (UTC +04:00)

Kirmanşahda oruc şallağı: 5 nəfərə 80 zərbə vurulub

0

İranın Kirmanşah şəhərində oruc vaxtı ictimai yerdə yemək yeyib su içən 5 nəfər əhali qarşısında şallaqlanıb. “Media forum” saytının məlumatına görə, şəhər prokurorunun müavini Əli Əşrəf Kərəmi iyulun 21-də jurnalistlərə açıqlamasında şallaq zərbələrinə məruz qoyulanların adlarını açıqlamasa da, onlardan hər birinə 80 şallaq zərbəsi vurulduğunu deyib: “İctimai yerdə yemək yeyib su içən bu 5 nəfər şəhərin dörd məntəqəsində şallaqlanıb”.

İrandakı islam cəza qanununa görə, Ramazan ayında ictimai yerdə yemək yeyən və ya su içən, yaxud siqaret çəkənlər 10 gündən 2 aya qədər həbsə və 80-ə yaxın şallaq zərbəsinə məhkum edilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1190

Oxşar yazılar