ABŞ-ın Ayova ştatının Dyubuk şəhəri yaxınlığında kimyəvi maddələr daşıyan qatar relsdən çıxıb.
APA-nın “Rosbalt”-a istinadən verdiyi məlumata görə, yük qatarının 11 vaqonundan 3-ü Missisipi çayına düşüb.
Daha üç vaqonun alovlandığı bildirilir. Vaqonların yükünü, əsasən, etanol təşkil edib.
Xatırladaq ki, bir gün əvvəl Nyu-Yorkda sərnişin qatarının iki avtomobillə toqquşması nəticəsində 6 nəfər ölmüş, 15 nəfər xəsarət almışdı.