Kim Çen Indan təhlükəli çağırış
13 yanvar 2016 06:48 (UTC +04:00)

Kim Çen Indan təhlükəli çağırış

 Şimali Koreyanın lideri  Kim Çen In ölkənin nüvə potensialını genişləndirməyə və gücləndirməyə çağırıb. Bu barədə APA “RİA Novosti”yə istinadən xəbər verir.  

 

“Kim Çen In istənilən an və istənilən yerdə KXDR-in suverenliyinə təhlükə yarandıqda ABŞ-ın rəhbərlik etdiyi imperialistlərə nüvə zərbəsi endirmək imkanına  malik olan nüvə qüvvələrini gücləndirməyə çağırıb”, deyə  Kim Çen In bildirib.

 

 Şimali Koreya lideri çıxışı zamanı gələcəkdə daha güclü hidrogen bombasını sınaqdan keçirməyə çağırıb.

 

Qeyd edək ki, KXDR yanvarın 6-da  hidrogen bombasını uğurla sınaqdan keçirdiyini elan edib. Buna cavab olaraq ABŞ Cənubi Koreyaya strateji silahlarını tədarük başlayıb. Pxenyan isə ərazisinə təhlükə yarandıqda nüvə silahından istifadə edəcəyini bildirib.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 310

Oxşar yazılar