Kılıcdaroğlu ona yumruq atandan şikayət etməyəcək
11 aprel 2014 21:33 (UTC +04:00)

Kılıcdaroğlu ona yumruq atandan şikayət etməyəcək

Türkiyə müxalifətinin lideri, Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıcdaroğlu ölkə parlamentində ona yumruq atan Orxan Övəndən şikayət etməyəcəyini bildirib.

 

Lent.az-ın Habertürk-ə istinadən məlumatına görə, partiya sədri bunu Orxanın anasının müraciəti ilə əlaqələndirib.

 

“Onun anası mənə  “oğlumdan şikayət etmə” deyə müraciət etdi. Mən bu çağırışa müsbət yanaşdım. Ancaq məsələyə ictimai münasibət davam edəcək”.

 

Xatırladaq ki, 3 gün öncə Türkiyə Böyük Millət Məclisinin binasında Kamal Kılıçdaroğluna Ankarada yaşayan 1986-cı il təvəllüdlü ərzurumlu, əvvəllər silahlı hücum və narkotik cinayətləri ilə məhkum edilmiş Orxan Övən yumruq zərbələri endirmişdi.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 645
avatar

Oxşar yazılar