Ankara məhkəməsi Cümhuriyyət Xalq Partiyasının (CHP) lideri Kamal Kılıçdaroğlunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı təhqir etdiyinə görə 10 min lirə məbləğində cərimələyib.
APA-nın “Hurriyet” qəzetinə istinadən verdiyi xəbərə görə, ölkə prezidentini məhkəmə iclasında təmsil edən vəkil Müəmmər Camaloğlu çıxışında iddia edib ki, Kamal Kılıçdaroğlu 2013-cü ilin yanvarın 14-də CHP fraksiyasının iclasında çıxışı zamanı o zaman baş nazir və hakim Ədalət və İnkişaf Partiyasının rəhbəri olmuş Rəcəb Tayyib Ərdoğanı təhqir edib.
Qeyd edək ki, Rəcəb Tayyib Ərdoğanın vəkilləri Kamal Kılıçdaroğlu barəsində iddia qaldıraraq Rəcəb Tayyib Ərdoğana dəymiş mənəvi zərərə görə 100 min lirə məbləğində kompensasiya ödənilməsini tələb ediblər.
CHP liderinin maraqlarını təmsil edən vəkil Camal Çelik Kamal Kılıçdaroğlunun çıxışının faktlara əsaslandırıldığını və ictimaiyyətin maraqlarına cavab verdiyini bildirib.
Məhkəmə Rəcəb Tayyib Ərdoğanın iddiasını qismən təmin edilməsinə dair qərar verərək Kamal Kılıçdaroğlunu 10 min lirə məbləğində cərimələyib.