Keşişlərin məşuqələri Papadan evlənmələrinə icazə istəyir
20 may 2014 06:39 (UTC +04:00)

Keşişlərin məşuqələri Papadan evlənmələrinə icazə istəyir

Katolik kilsəsi keşişlərinin bir qrup məşuqəsi Roma Papası Fransiskiyə müraciət edib.

 

Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, onlar papadan xahiş edib ki, din xadimlərinin subay qalmaları qaydasını ləğv etsin.

 

Müraciəti 26 qadın imzalayıb. Mənbə bildirib ki, həmin qadınların hamısı keşişlərlə əlaqə saxlayır.

 

Əvvəllər papa bakirlik ənənəsini dəstəklədiyini bildirsə də, 2010-cu ildə bu sahədə mövqeyinin dəyişə biləcəyinə işarə etmişdi.

 

Xatırladaq ki, katolik kilsəsində bakirlik ənənəsinin ləğv ilə bağlı müzakirələr uzun illərdir aparılır.

 

Məsələn kardinal Ummes kilsənin bakirliyə yenidən baxacağını istisna etməyib.

 

“Nikahsızlıq kilsənin ehkamı deyil, bu intizamdır. Apostolların çoxunun ailəli olduğuna şübhə yoxdur. Zəmanəmizdə kilsə bu sayaq məsələlərə diqqət yetirməlidir. O, tarixlə birlikdə irəliləməlidir” – deyə, o, 2006-cı ildə bildirmişdi.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1414
avatar

Oxşar yazılar