Kərzay: Qərb terrorla mübarizədə Rusiya və Çinlə birləşməlidir
09 sentyabr 2015 04:58 (UTC +04:00)

Kərzay: Qərb terrorla mübarizədə Rusiya və Çinlə birləşməlidir

Qərb ölkələri, əgər onların niyyətləri səmimidirsə, terrorla mübarizədə səylərini Rusiya və Çinlə birləşdirməlidir. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə  “Sputnik”ə müsahibəsində Əfqanıstanın sabiq prezidenti Həmid Kərzay bildirib.

 

İyunun sonunda Rusiya prezidenti Vladimir Putin Suriya rəhbərliyinə və Türkiyə, İordaniya və Səudiyyə Ərəbistanı da daxil olmaqla, bölgə ölkələrinə İŞİD-lə mübarizədə səyləri birləşdirməyi təklif edib.  Rusiya isə, öz növbəsində ölkələr arasında dialoqun qurulmasına yardım göstərəcəyini vəd edib.

 

“Bəli mən bunu dəstəkləyirəm. Əgər Qərb və ABŞ-ın terrorla mübarizədə səyləri səmimidirsə, onda onlar Rusiya və Çinlə səyləri birləşdirməli və Putinin dediklərinə əməl etməlidirlər”, deyə Kərzay bildirib.   

 

Onun sözlərinə görə, İŞİD terror qruplaşmasının aktivliyinin artması daxili və xarici amillərlə bağlıdır: “Ola bilsin, artım  daxili şəraitlə əlaqəlidir, lakin, böyük ehtimalla, xarici müdaxilə də var.  Onlar xarici dəstək olmadan elədiklərinin hamısını həyata keçirə bilməzdilər, bu mümkünsüzdür. Heç kim xaricdən dəstək olmadan bu cür aktiv, cəld ola bilməz. Sözsüz ki, onlara yardım göstərən və onların irəliləməsində maraqlı olan xarici qüvvələr var.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 129
avatar

Oxşar yazılar