ABŞ dövlət katibi Con Kerri avqustun 14-də Kubaya səfər edəcək. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə CNN teleşirkəti məlumat yayıb.
Məlumatda qeyd edilir ki, Kerri 1945-ci ildən bu vaxtadək Kubaya səfər edən ABŞ diplomatiyasının ilk rəhbəri olacaq.
Qeyd edək ki, ABŞ-ın Havanadakı maraqları üzrə bölməsi bu gün rəsmi olaraq ABŞ-ın Kubadakı səfirliyi kimi fəaliyyətə başlayıb.