Kerridən Rusiyaya qarşı sərt ittiham
08 aprel 2014 20:05 (UTC +04:00)

Kerridən Rusiyaya qarşı sərt ittiham

ABŞ-ın dövlət katibi Con Kerri bildirib ki, Ukraynanın şərq vilayətlərində baş verən qarışıqlıqda Rusiyanın xüsusi xidmət orqanları iştirak edib.

 

Lent.az-ın “BBC”-yə istinadən məlumatına görə, o,  deyib ki, bundan sonra ABŞ Rusiyaya qarşı daha sərt sanksiyalar tətbiq edə bilər.

 

Yeni sanksiyalar Rusiyanın energetika, faydalı qazıntılar və bank sahələrini əhatə edəcək.

 

Kerri qeyd edib ki, Ukraynanın şərqində Rusiyanın fəaliyyəti Krımda olduğu kimi Moskvanın hərbi təcavüzü üçün «süni bəhanə» ola bilər.

 

Mənbə xatırladıb ki, gələn həftə Kerri Ukrayna məsələsi ətrafında yenidən Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşmək niyyətindədir. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1245
avatar

Oxşar yazılar