Martın 4-də ABŞ-ın dövlət katibi Con Kerri Rusiya rəhbərliyinə Ukraynadakı yeni hakimiyyətlə diplomatik danışıqlara başlamağı təklif edib.
Lent.az-ın «RİA Novosti»-yə istinadən məlumatına görə, bu bəyanatı o, Kiyevə səfərinin nəticələrinə həsr olunan mətbuat konfransında verib.
Xatırladaq ki, bir müddət öncə Con Kerrini Kiyevə səfərində müşayiət edən amerikalı məmurlardan biri bu həftə Vaşinqtonun Rusiyaya qarşı sanksiyaların tətbiqinə başlayacağını bildirmişdi.