ABŞ-ın dövlət katibi Con Kerri tezliklə Brüssselə səfər edəcək.
Lent.az-ın “İnterfaks”-a istinadən məlumatına görə, o, Ukrayna böhranı üzrə atılacaq növbəti addımları NATO-dakı müttəfiqləri ilə razılaşdırmaq niyyətindədir.
Dövlət Departamentinin təmsilçisi Mari Harf keçirdiyi brifinqdə bu haqda məlumat verib.
Almaniyanın «Simens» şirkətinin Rusiya bazarında fəallığını artırmasına hazırlığı ilə bağlı məsələni şərh edərkən, diplomat deyib: “Şirkətə hörmətimə baxmayaraq, Avropanın adından danışmadığımı demək istəyirəm. Avropa adından Avropa Birliyi danışır. O, isə Rusiyaya qarşı sanksiyaların tətbiqini bəyan edib ”.
M.Harf qeyd edib ki, Ukrayna məsələsi ilə bağlı Avropa Birliyi və ABŞ arasında fikir ayrılığı yoxdur.