Kerri Lavrovla Ukraynada vəziyyətin gərginləşməsini müzakirə etdi
04 oktyabr 2014 00:59 (UTC +04:00)

Kerri Lavrovla Ukraynada vəziyyətin gərginləşməsini müzakirə etdi

0

ABŞ-ın dövlət katibi Con Kerri və Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı olub.

 

APA-nın BBC-yə istinadən verdiyi xəbərə görə, söhbət zamanı Kerri Ukraynanın şərqində vəziyyətin gərginləşməsindən narahatlıq ifadə edib. Onun sözlərinə görə, hazırkı durum bir ay bundan əvvəl tərəflər arasında əldə olunan razılaşmanı şübhə altına alır.

 

Sergey Lavrov, öz növbəsində, tərəflərin atəşkəs barədə razılaşmaya əməl etmələrinin zəruriliyini, ağır silahların geri çəkilməsi və ATƏT-in xətti ilə monitorinqlərin keçirilməsinin vacibliyini vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 695

Oxşar yazılar