Kerri Lavrova zəng etdi
28 dekabr 2015 22:42 (UTC +04:00)

Kerri Lavrova zəng etdi

ABŞ tərəfinin təşəbbüsü ilə ABŞ dövlət katibi Con Kerri və Rusiya XİN başçısı Sergey Lavrov arasında telefon danışığı olub.

 

APA-nın xəbərinə görə, bu barədə Rusiya XİN-in rəsmi saytında məlumat yayılıb.

 

“Xarici siyasət idarələrinin rəhbərləri Suriyada münaqişənin nizamlanmasına dair məsələləri, Donbasdakı vəziyyət və ikitərəfli münasibətlərə dair müxtəlif  məsələləri müzakirə ediblər”, məlumatda deyilir.

 

Rusiya – ABŞ münasibətlərinə toxunan S.Lavrov bildirib ki, ABŞ-ın rəsmi Moskvaya qarşı sanksiya təzyiqlərinin artırmasının perspektivi yoxdur.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 242
avatar

Oxşar yazılar