Kerri İran və Səudiyyəni barışdırmağa çalışır
06 yanvar 2016 01:29 (UTC +04:00)

Kerri İran və Səudiyyəni barışdırmağa çalışır

ABŞ  baş katibi Con Kerri ötən sutka ərzində bir neçə dəfə İran və Səudiyyə Ərəbistanı arasındakı yaranmış gərginliyi aradan qaldırmaq üçün hər iki ölkənin nümayəndələri ilə danışıqlar aparıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə,  bu barədə jurnalistlərə ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Con Kirbi bildirib.

 

Kirbi  Con Kerrinin təmasları davam etdirmək niyyətində olduğunu vurğulayıb.

 

“Əsas məqsəd sakitliyi bərpa etmək və vəziyyəti ikitərəfli qaydada nizamlamaqdır”, deyə Kirbi bildirərək, ABŞ-ın “baş verən hadisəni araşdırmaq” və ya “öyüd-nəsihət vermək” niyyətində olmadığını  əlavə edib.

 

Qeyd edək ki, Səudiyyə Ərəbistanı İranla diplomatik əlaqələri kəsdiyini bəyan edib. Tehranla Ər-Riyad arasındakı münasibətlərin gərginləşməsinə səbəb şiə din xadimi, vaiz Nimr ən-Nimrin Səudiyyə Ərəbistanında edam edilməsi olub. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 170
avatar

Oxşar yazılar