ABH-ın dövlət katibi Con Kerri ilə Rusiyanın xarici işlər naziri Sergey Lavrov telefonla Ukraynadakı böhranın tənzimlənmsi üçün məsləhətləşməni davam etdirməyi qərar alıb.
Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, Rusiya XİN-in saytında bildirilib: «Rusiya tərəfi böhrandan çıxmaq üçün bütün bölgələrin və ukraynalıların maraqları nəzərə alınmalıdır. Eləcə də beynəlxalq hüquqa əsasən Krım sakinlərinin müqəddəratını həll etmək haqqına hörmət edilməlidir».
Mənbə bildirib ki, problemin həlli ilə bağlı tərəflər konkret təklifləri müzakirə edib.
Xatırladaq ki, Ukraynanın yeni hakimiyyəti və Qərb dövlətləri martın 16-da Krımın Rusiyanın tərkibinə daxil olması haqda keçiriləcək referendumu qanunsuz sayır, Moskvanı yarımadaya hərbi müdaxiləni dayandırmağa çağırırlar.