Kerri ilə Lavrov Pekində görüşəcəklər
07 noyabr 2014 23:26 (UTC +04:00)

Kerri ilə Lavrov Pekində görüşəcəklər

Noyabrın 8-də Pekində ABŞ dövlət katibi Con Kerri və Rusiya xarici işlər naziri Sergey Lavrov arasında görüş olacaq.

 

APA-nın “İnterfaks” agentliyinə istinadən məlumatına görə, bu barədə ABŞ dövlət departamentinin sözçüsü Cen Psaki bildirib.  

 

“Sabah dövlət katibinin Sergey Lavrovla görüşü nəzərdə tutulub. Əlbəttə ki, onlar Ukraynadakı vəziyyəti də müzakirə edəcəklər”, deyə Psaki bildirib.

 

Kerri ilə Lavrov arasında görüş noyabrın 9-dan 11-dək Pekində keçiriləcək ATES-in (Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Forumu) növbəti sammiti ərəfəsində baş tutacaq. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 376
avatar

Oxşar yazılar