Kerri ilə Lavrov Londonda görüşəcək
13 mart 2014 04:10 (UTC +04:00)

Kerri ilə Lavrov Londonda görüşəcək

ABŞ prezident Barak Obamanın istəyi ilə  dövlət katibi Con Kerri Londonda rusiyalı həmkarı Sergey Lavrovla görüşəcək.

 

Lent.az-ın «gazeta.ru»-ya istinadən məlumatına görə, bu xəbəri «Röyter» yayıb.

 

«Prezident Obama məndən sabah (matın 13-də -red.) Londona uçub, martın 14-də Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşməyimi istəyib. Mən bunu edirəm» -deyə, amerikalı diplomat bildirib.

 

C.Kerri əlavə edib: «Bizim əsas tapşırığımız Ukrayna xalqına, beynəlxalq hüquqa, eləcə də cəlb olunan maraqların təmininə hörmət edən fəaliyyət variantı təklif etməkdir».

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 387
avatar

Oxşar yazılar