Kerri ilə Lavrov arasında görüş olacaq
03 dekabr 2014 23:02 (UTC +04:00)

Kerri ilə Lavrov arasında görüş olacaq

0

Dekabrın 4-də İsveçrənin Bazel şəhərində ABŞ dövlət katibi Con Kerri və Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında görüş keçiriləcək.  

 

APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi xəbərə görə, danışıqların əsas mövzusu Ukraynadakı vəziyyət  olacaq.

 

Diplomatik mənbələrdən daxil olan məlumatlara əsasən, görüşdə münaqişənin nizamlanma  yolları və Minsk protokolunun icrası müzakirə ediləcək. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 257

Oxşar yazılar