Kerri əməliyyat olundu
03 iyun 2015 01:08 (UTC +04:00)

Kerri əməliyyat olundu

Fransada velosiped gəzintisi zamanı ayağının sındıran  ABŞ dövlət katibi Con Kerri Bostonda əməliyyat olunub. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Dövlət Departamentinin nümayəndəsi Mari Xarf bildirib.

 

“Mən təsdiq edə bilərəm ki, o artıq əməliyyat otağını tərk edib və onun səhhəti  yaxşıdır”, deyə Xarf qeyd edib.

 

Dövlət Departamentinin nümayəndəsi dövlət katibinin sağalma müddətinin nə qədər çəkəcəyini açıqlamaqdan boyun qaçırıb.  

 

Qeyd edək ki, insident ötən bazar  Fransanın Syonze şəhərində (Cenevrə yaxınlığında) baş verib.  Con Kerri velosiped gəzintisində dönmə zamanı yıxılıb,  nəticədə ayağı sınıb.   

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 157
avatar

Oxşar yazılar