Kerri: Əsədin gələcəyi müəyyənləşdirilməyib
13 noyabr 2015 05:36 (UTC +04:00)

Kerri: Əsədin gələcəyi müəyyənləşdirilməyib

0

Suriya prezident Bəşər Əsədin gələcəyi və rolu hələ müəyyənləşdirilməyib. APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu sözləri Vaşinqtonda çıxışı  zamanı ABŞ dövlət katibi Con Kerri deyib.

Onun sözlərinə görə, hazırda ABŞ bu məsələni Rusiya və İranla müzakirə edir.  

 

“Əsədin gələcəyi və onun rolu hələ müəyyənləşdirilməyib, biz bunu etiraf edirik”, deyə Kerri bildirərək, ABŞ-ın bundan sonra da Əsədin hakimiyyətdən getməsinə çalışacağını qeyd edib.    

 

Kerri Əsədi “terrorçular üçün maqnit” adlandıraraq, onun apardığı siyasətin bölgədə İŞİD-in genişlənməsi ilə birbaşa əlaqəli olduğunu vurğulayıb.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 482

Oxşar yazılar