ABŞ-ın dövlət katibi Con Kerri Rusiya və Ukrayna xarici işlər nazirlərinin Parisdə keçirilən görüşü haqda bəyanat verib.
Lent.az-ın xrici informasiya vasitələrinə istinadən məlumatına görə, o, deyib: «Bu görüşdən heç bir nəticə gözləmirdim. Elə də oldu – heç nə».
«Krıma ordu yerləşdirməklə Rusiya öz seçimini edib. Biz aydın şəkildə bunun qanunsuz olduğunu bildirmişik»-deyə, o, bildirib.
Kerri vurğulayıb ki, ABŞ Ukraynanın suverenliyinin pozulması cavabsız qalmayacaq.