Kerri: “Ukraynanın şərqində “Greystone”-nun əməkdaşları yoxdur”
10 aprel 2014 04:13 (UTC +04:00)

Kerri: “Ukraynanın şərqində “Greystone”-nun əməkdaşları yoxdur”

ABŞ-ın dövlət katibi Con Kerri “Greystone” özəl mühafizə firması əməkdaşlarının Ukrayna hakimiyyətinə ölkənin cənub-şərqində asayişi bərpa etmək üçün yardım etməsi haqda Rusiyanın iddialarını təkzib edib.

 

Lent.az-ın “BBC”-yə istinadən məlumatına görə, Con Kerri rusiyalı həmkarı Sergey Lavrovla telefon danışığında bu məsələyə toxunub.

 

Danışıqdan sonra rusiyalı diplomat bildirib ki, ABŞ rəhbərliyi bu xəbəri yoxlayıb və “Greystone” əməkdaşlarının Ukraynada asayişin bərpasında iştirakı ilə bağlı məsələ öz təsdiqini tapmayıb.

 

Xatırladaq ki, ötən gün Ağ Evin təmsilçisi Cey Karni məsələyə belə münasibət bildirmişdi: “Bir müddət öncə şirkətin bunu təkzib etməsinə diqqətinizi çəkmək istərdim”. O, yayılan xəbərin “ cəfəngiyyat olduğunu ” da vurğulayıb.

 

Qeyd edək ki, aprelin 7-də Rusiyanın Xarici İşlər Nazirliyi sensasiyalı açıqlama ilə çıxış edib. Qurum “Facebook”-dakı səhifəsində yayılan müraciətdə bildirmişdi ki, Ukraynanın qərbindən “Sağ sektor”-un yaraqlıları  və ABŞ-ın “Greystone” təşkilatının üzvləri orduya yardıma yola düşüb.

 

Nazirlik onu da bildirmişdi ki, əsas rahatsızlıq “bu əməliyyata ABŞ-ın  xüsusi təyinatlı "Greystone" hərbi hissəsinin 150-yə yaxın mütəxəssisinin cəlb edilməsidir”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 470
avatar

Oxşar yazılar