Kerri: “Məsələni Suriya xalqı həll etməlidir”
14 oktyabr 2015 07:30 (UTC +04:00)

Kerri: “Məsələni Suriya xalqı həll etməlidir”

ABŞ dövlət katibi Con Kerri hesab edir ki, Suriyada siyasi nizamlanmaya nail olmaq üçün böyük dövlətlər birləşməlidir.  APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu Con Kerri XİN və Müdafiə Nazirlikləri rəhbərləri səviyyəsində keçirilmiş ABŞ-Avstraliya məsləhətləşmələrinin yekunlarına dair mətbuat konfransında çıxışı zamanı deyib.

 

 

“Suriyada siyasi nizamlanmaya nail olmaq üçün böyük dövlətlər və millətlərin birləşməsi vaxtı çatıb. Bu üç il əvvəl Cenevrə kommünikesində elan etdiyimiz məqsəddir və bu gün də bizim məqsədimiz olaraq qalmaqdadır”, deyə Kerri qeyd edib.  

 

Onun sözlərinə görə, siyasi nizamlanmanın labüdlüyünü Rusiya da daxil olmaqla həll prosesində iştirak edən bütün dövlətlər dərk edir .  

 

“Yalnız siyasi nizamlanma yolu var. Hərbi komponent yalnız buna nail olmağa kömək edə bilər, lakin Suriya artıq tamamilə dağıdılıb”, deyə Kerri qeyd edib.  

 

Dövlət katibi qeyd edib ki, digər ölkələrin Suriyaya dəstəyi zorakılığa son qoyulması və suriyalıların dəstəkləyəcəyi yeni hökumətə keçid üçün şəraitin yaradılmasından ibarət olmalıdır.

 

“Məsələni Suriya xalqı həll etməlidir”, deyə Kerri qeyd edib.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 261
avatar

Oxşar yazılar